“Bizim də öz oyun planımız var”

Sabah “Səbail” premyer liqanın 5-ci turunda Masazırda yarış cədvəlinin lideri “Sabah”ın qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, klubun hücumçusu Ağabala Ramazanov oyun öncəsi fikrini bildirib:

“Bu tur rəqibimiz “Sabah”dır. Hansi ki, onlar çempionatın favoritlərindən biri sayılır. Cari mövsümə uğurlu başlayıblar. Amma bu bizi qorxutmur. Son turda “Kəpəz”ə qarşı qazandığımız qələbədən sonra əhvali-ruhiyyəmiz yüksəkdir.

Bir qələbəyə ehtiyacımız var idi və onu qazandıqdan sonra var gücümüzlə “Sabah”la oyuna hazırlaşırıq. Bizi ağır səfər matçı gözlədiyini bilirik. Ancaq biz əlimizi-qolumuzu sallayıb rəqibin üzərimizdə rahat oyun qurmasını izləməyəcəyik.

Bizim də öz oyun planımız var. Məşqçilərin tapşırıqlarına uyğun olaraq bu duelə hazırlaşırıq. Səfərdən yaxşı nəticə ilə qayıdacağımızı düşünürəm”.

Həmin kateqoriyadan