Branimir Subaşiç qırmızı vərəqə aldı, komandası məğlub oldu

Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, hesabat turu Azərbaycan millisinin iki sabiq futbolçusunun qarşılaşması ilə əlamətdar olub.

Belə ki, millimizin sabiq forvardı Branimir Subaşiçin komandası “Manisaspor” müdafəçi Ufuq Budağın çıxış etdiyi “Qaziantep BB” klubunu qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həm Budaq, həm də Subaşiç meydana start heyətdə çıxıb və sonadək oynayıblar. Sadəcə, Branimir ardıcıl iki sarı vərəqə nəticəsində 90-cı dəqiqədə meydandan qovulub.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 38 xalla 9-cu, “Manisaspor” isə 26 xalla 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan