- Baxış sayı: 47
- 04 Sentyabr 2026 23:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Türkiyənin “Bursaspor” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Bursa təmsilçisi nigeriyalı futbolçu Keleçi İhenaçonun transferini rəsmən açıqlayıb.
29 yaşlı forvard “Seltik”lə müqaviləsini uzatmaqdan imtina edərək Türkiyə klubuna keçməyə üstünlük verib.
“Mançester Siti”nin yetirməsi olan İhenaço karyerası ərzində “Lester Siti”, “Sevilya”, “Midlsbro” və “Seltik”in də formasını geyinib.
Hücumçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 24 oyunda 9 qol vurub, 1 məhsuldar ötürmə verib.
Keleçi İhenaço ötən mövsüm “Seltik”in heyətində Şotlandiya çempionu olub və ölkə kubokunu qazanıb.