Türkiyəyə qayıtdı

Türkiyəyə qayıtdı

“Neftçi”dən ayrılan Vensan Abubakarın yeni ünvanı bəlli olub.

Allsport.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

Kamerunlu forvard “Bodrumspor”la anlaşıb.

Razılaşmaya əsasən, oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

2025-ci ilin oktyabrında “Neftçi”yə transfer olunan Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matçda meydana çıxıb və 9 qol vurub.

Həmin kateqoriyadan