- Baxış sayı: 40
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 29
- Aprel 23, 2024
- 0
Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Tuzlaspor”la qarşılaşıb. Subaşiçin komandası 3:1 hesabıyla qalib gələrək, 1/4 finala çıxıb. Start heyətdə meydana çıxan Branimir 90 dəqiqə meydanda olub, komandasının ikinci qoluna imza atıb.
Qeyd edək ki, 1/4 finala çıxan komandalar arasında Kamran Ağayevli “Kayserispor” da var.