Branimir Subaşiç qol vurdu, komandası uduzdu

Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb. Matç Subaşiçin klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Branimir 67-ci dəqiqədə əvəzlənib. Matçda hesabı da məhz 20-ci dəqiqədə vurduğu qolla Subaşiç açıb. Amma qalan dəqiqələrdə buraxılan iki qol manisalıların məğlubiyyətinə gətirib çıxarıb.

Qeyd edək ki, “Manisaspor” hazırda 23 xalla 16-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan