Branimir Subaşiç üçün 62 dəqiqə

Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin heyətində yer aldığı “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə digər azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası “Girəsunspor”un qonağı olub. Matç 2:1 hesabıyla girəsunluların qələbəsiylə başa çatıb. Ayazın adı matçın iştirak ərizəsində yer almayıb. Subaşiç isə start heyətdə çıxdığı oyunun 62-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, hazırda “Girəsunspor” 24 xalla 7-ci, “Manisaspor” isə 17 xalla 16-cıdır.

Həmin kateqoriyadan