Branimir Subaşiç üçün doqquz dəqiqə

Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Osmanlıspor”la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Subaşiç meydana 81-ci dəqiqədə çıxsa da, oyunda dönüş yarada bilməyib.

Qeyd edək ki, “Manisaspor” hazırda 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan