- Baxış sayı: 38
- 22 İyun 2026 20:27
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

Braziliyanın “Nautiko” klubunda çıxış edən futbolçu Vinisius Santos Silva Azərbaycandan təklif alıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı vinger bu barədə “Futebolbahiano” nəşrinə açıqlamasında bildirib.
Braziliyalı oyunçu klubun adını açıqlamasa da, təklifi öz istəyi ilə rədd etdiyini bildirib. Santos Silva “Baiya”nın da onunla maraqlandığını, lakin keçidinə hazırkı klubunun icazə vermədiyini söyləyib.
“Nautiko” Braziliya B Seriyasında mübarizə aparır.