“Bu cür qapanan rəqiblərə qarşı oynamaq çətindir”

Sabah premyer liqanın 5-ci turunda evdə Səbail ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev ilk xal itkisinə belə mübasibət bildirib:

“Bu gün ərazi üstünlüyümüzlə keçən, çoxlu qol fürsətləri yaratdığımız bir oyun izlədik. Lakin təəssüf ki, bu fürsətlərdən yararlana bilmədik. Bu cür qapanan rəqiblərə qarşı oynamaq çətindir. Rəqib rahat oynayır və heç bir boşluq vermir.

Lakin biz buna hazır olmalıyıq. Çempionatda bu cür oyunlar çox olacaq. İnanıram ki, qarşıdakı bu cür matçlarda rəqibin müdafiəsinin kilidini açmağı bacaracağıq”.

Həmin kateqoriyadan