Ayxan Abbasov: “Bu gün bəlkə də 6-xallıq oyun idi”

“Turan Tovuz” premyer liqanın 10-cu turunda “Səbail” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov bunu deyib:

“Çətin oyun oldu. Oyunu iki hissəyə bölərdim. Birinci hissədə futbolçularım yaxşı oynadılar, ikinci hissədə isə vuruşdular. Belə şeylər olur. Yeni komandayıq. Oyunu 90 dəqiqə oynamaq üçün vaxt lazımdır. İşləyəcəyik. Səhvlərdən nəticə çıxacağıq.

Hər xal bizim üçün önəmlidir. Bu gün bəlkə də 6-xallıq oyun idi. Qalib gəlsəydik rəqibi 6 xal qabaqlamaq şansımız var idi. Hər iki komanda meydançada mübarizə apardı. Azarkeşlərimizə təşəkkür edirəm. Sona dək dəstəklədilər. Onların dəstəyinə ehtiyacımız var”.

Həmin kateqoriyadan