“Bu gün, elə bil, bir az yatmışdıq”

“Qələbə bizim üçün önəmli idi. Bütün qələbələr lazım olur. Sadəcə, indi çətin dönəmdə idik, indi daha çox lazım idi. Tək məşqçilərdən söhbət getmir. Hamı üçün bu qələbə vacib idi. İnşallah, bu oyundan sonra bir az gülümsəyərik”. 

Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin baş məşqçisi Samir Abbasov mətbuat konfransında deyib. O, ölkə kubokunun 1/4 finalında “Sabah”a 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan razı qalıb:

“Bu gün, elə bil, bir az yatmışdıq. Komanda 2-ci hissədə ayıldı. Bəzi oyunlarımız gec saatlarda olur. Amma bu gün saat 4-də başlamışdı. Bəlkə oyunçular buna görə bir az yatmışdı. Əsas odur ki, qalib gəldik. Futbolçular çox böyük iş gördülər”.

Həmin kateqoriyadan