“Bu matçda “Qarabağ” bizi hər cəhətdə üstələdi”

“Sabah” premyer liqasının 13-cü turunda səfərdə “Qarabağ”a böyük hesabla uduzub. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Murad Musayev 1:5 yenildikləri matç barədə bunu söyləyib:

“Rəqibə çox böyük hörmətlə yanaşırdıq. Əsas komponentlərdə onlara uduzduq və matçdan istədiyimiz nəticə ilə ayrıla bilmədik. “Qarabağ” yaxşı təşkilatlanmış, hücum futbolu sərgiləyən komandadır.

Hər 2 cinah müdafiəçisi çox sürətli oyun göstərirdi ki, bu da onların hücumlarını daha kəskinləşdirir. Bu matçda rəqib bizi hər cəhətdə üstələdi və layiq olduğu qələbəni qazandı”.

Həmin kateqoriyadan