Bu mövsümün antirekordu

“Səbail”in premyer liqada qələbəsiz oyunlar zolağı 8-ə çatıb. Allsport.az saytı xəbər verir ki, 16-cı turun “Qəbələ” ilə səfər matçında 0:2 hesabı ilə uduzan Bakı klubu sonuncu dəfə 8-ci turda qalib gəlib.

Ötən il oktyabrın 25-də “Qarabağ” üzərində 3:1 hesablı qələbədən sonra, 8 oyun keçirən Aftandil Hacıyevin komandası 2 heç-heçə edib və 6 dəfə uduzub.

Bu, mövsümün yeni antirekordudur. Bunadək ən uzun qələbəsizlik “Sabah”a məxsus idi. Paytaxt klubu çempionatın ilk 7 matçında qələbə qazana bilməmişdi.

Həmin kateqoriyadan