“Bu oyuna köklənmək bəlkə də bir az çətin idi“

Premyer liqanın 24-cü turunda “Qarabağ” evdə “Sumqayıt”ı 2:0 məğlub edib. Allsport.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bəlkə də bir az çətin idi. Amma oyunçularım bunu bacardılar. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli sayda dəyişiklik etsək də, çatışmazlıqlar olsa da, oyunun ritmini saxlaya bildilər.

Maraqlı oyun alındı. Birinci hissədə hər iki komanda bir az qapalı oynadı. İkinci hissədə daha açıq oyun alındı, sürətli hücumlar oldu. Sonda qalib gəldik. Samir Abasova uğurlar arzulayıram”.

Həmin kateqoriyadan