“Bunu hesaba görə normal başa düşürəm”

“Bu gün Vüsal Əsgərov hansısa səbəbdən oynamırdı. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün meydana çıxıb. Onun bu cür oyunlarda təcrübəsi yox idi”. 

Allsport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov Azərbaycan premyer liqasının VI turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

“ASCO arena”da 3:1 hesablı qələbə qazanan “ağ-qaralar” ən azı 1 günlük liderliyə yüksəlib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasovun qalibiyyət şərhi belə olub: “Meydana çıxan futbolçular qol vurmaq istəyir. Rəqib son dəqiqələrdə çox qüvvə ilə irəli atıldı. Bunu hesaba görə normal başa düşürəm. Meydana sonradan daxil olanlar ancaq irəlini düşünürdülər. Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular. Bu gün heyəti meydan amilinə görə də qurmuşduq. Burada oynamaq çətindir. Meydan amilinə görə oyunun tempi aşağı düşürdü”.

43 yaşlı mütəxəssis Mərd Çəlik və Emin Mahmudovun yığmaya çağırıldığını xatırladıb: “Kimlərin çağırılma ehtimalı olduğunu bilirik. Əcnəbi oyunçuların bir neçəsi öz milli komandalarına dəvət alıb” 

Həmin kateqoriyadan