Cəmşid Məhərrəmov oynamadı, komandası qalib gəldi

Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” doğma meydanda millimizin müdafiəçisi Ufuk Budaklı “Qaziantep BB” klubunu qəbul edib.

Qarşılaşma 3:2 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Ufuk sonadək mübarizə aparıb. Cəmşid isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Adanaspor” hazırda 25 xalla 12-ci, “Qaziantep BB” 20 xalla 14-cüdür.

Həmin kateqoriyadan