Cəmşid Məhərrəmovun debütü baş tutmadı

Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda öz meydanında “Şanlıurfaspor”u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Cəmşidin adı matçın iştirak ərizəsində yer alsa da, o, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Adanaspor” hazırda 21 xalla 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan