- Baxış sayı: 32
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 259
- Noyabr 09, 2026
- 0

Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan Siyanda Xulunu transfer edib. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə 1-illik müqavilə imzalanıb.
Peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlayan futbolçu, “Kayzer Çifs”, “Maritzburq Yunayted”, Rusiyada “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Təl Əviv) komandasının şərəfini qoruyub.
Cənubi Afrika Respublikasının əsas millisində 16 oyuna çıxıb və 1 qol vurub.