Cavid İmamverdiyev baş məşqçisiz qaldı

Türkiyənin “Elazığspor” klubu baş məşqçisiz qalıb. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandasını çalışdıran Ümit Özat ötən gün baş tutan “Manisaspor”la oyundakı məğlubiyyətdən sonra istefa verib.

Qərarını elə mətbuat konfransında açıqlayan mütəxəssis rəhbərliklə də görüşüb və kiçik danışıqlardan sonra istefa qəbul edilib. Artıq klub rəhbərliyi yeni baş məşqçi axtarışına çıxıb.

Qeyd edək ki, “Elazığspor” geridə qalan 23 turdan sonra 27 xalla 13-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan