- Baxış sayı: 47
- 23 Sentyabr 2026 11:46
- Baxış sayı: 199
- Sentyabr 24, 2026
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Kayserispor”la qarşılaşıb. Oyun Cavidin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. İmamverdiyevin adı bu matçın iştirak ərizəsinə salınmayıb. Çox güman ki, buna futbolçumuzun bu klubdan ayrılmaq istəməsi barədə rəhbərliyə məlumat verməsi səbəb olub.
Qeyd edək ki, “Elazığspor” hazırda 22 xalla 6-cı yerdə gedir.