- Baxış sayı: 47
- 23 Sentyabr 2026 11:46
- Baxış sayı: 189
- Sentyabr 24, 2026
- 0
Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Adanaspor”la qarşılaşıb. Oyun qolsuz başa çatıb. Start heyətdə meydana çıxan Cavid sonadək meydanda olub.
Qeyd edək ki, “Elazığspor” hazırda 23 xalla 7-ci pillədə qərarlaşıb.