Cavid İmamverdiyevin baş məşqçisinə sərt cəza

Azərbaycan millisinin üzvü Cavid İmamverdiyevin formasını geyindiyi Türkiyənin “Elazığspor” klubunun baş məşqçisi Ümit Özata sərt cəza verilib. Allsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 38 yaşlı çalışdırıcının hərəkətini cavabsız buraxmayıb.

Belə ki, komitə Özata 7 oyunluq cəza verib və 26 min türk lirəsi məbləğində cərimə kəsib. Buna məşqçinin PTT 1-ci Liqasının 17-ci turu çərçivəsində baş tutan “Antalyaspor”la oyunda rəqib komandanın çalışdırıcısı Hami Mandıralıya qarşı qol jesti etməsi səbəb olub.

Qeyd edək ki, Özat cari mövsümün əvvəlindən “Elazığspor”da baş məşqçi işləyir. Hazırda onun komandası 23 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan