“Çox istərdim ki, bizim digər futbol klublarımız “Qarabağ”ın yolu ilə getsin”

“Mən sizinlə 3-cü dəfə görüşürəm – 2014-cü ildə, 2017-ci ildə və bu dəfə. Nə üçün? Çünki siz ölkəmizə, xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim. Əminəm ki, bu da olacaq”. 

Allsport.az saytı xəbər verir ki, bu sözü prezidenti İlham Əliyev “Qarabağ”ın üzvləri ilə bugünkü görüşündə deyib. O, komandanın hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qaldığını söyləyib: “Sizə yeni mərhələdə uğurlar, nailiyyətlər, qələbələr arzulayıram. Bir daha sizi təbrik edirəm”.

Həmin kateqoriyadan