“Çox istəyirdik ki, qələbə qazanıb qış tətilinə xoş ovqatda yollanaq”

“Neftçi” premyer liqanın 14-cü turunda səfərdə “Qəbələ” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, görüçdən sonra qonaqların baş məşqçisi Samir Abbasov bunu deyib:

“Çətin səfər oyununa gəlmişdik. İki yaxşı – biri yüksəlişdə, digəri bir az problemləri olan komanda qarşılaşdı. Çox istəyirdik ki, qələbə qazanıb qış tətilinə xoş ovqatda yollanaq.

Nəticəni kənara qoysaq, oyun çox xoşuma gəldi. Futbolçularımı təbrik elədim. Qələbə qazanmadığımıza görə çox üzülüblər. Bugünkü oyun bizim üçün bir stimul oldu. Yolumuza davam edəcəyik”.

Həmin kateqoriyadan