- Baxış sayı: 35
- 22 İyun 2026 17:20
- Baxış sayı: 63
- İyun 22, 2026
- 0

“Sabah” premyer liqanın 10-cu turunda evdə “Zirə”yə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-göylər”in baş məşqçisi Murad Musayev fikrini bölüşüb:
“Çox parlaq oyun alındı. Meydanda qarşılıqlı hücumların, təhlükəli vəziyyətlərin, meydanın hər qarışı, hər top uğrunda mübarizənin şahidi olduq. Fikrimcə, izləyicilər bu oyundan razı qaldılar. Komandam bu matçda psixoloji cəhətdən çox yaxşı hazırlıq nümayiş etdirdi.
Oyunun ilk dəqiqələrindən tempi yüksək səviyyədə saxlamağa nail olduq. Rəqib güclü komanda idi. Şadam ki, bu matçda bizə lazım olan qolu vurub, qələbə qazanmağı bacardıq”.