“Dənizçilər”in yeni transferi

“Dənizçilər”in yeni transferi

“Səbail” heyətinə yeni futbolçu qatıb.

Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Süleyman Alluşun keçidini rəsmiləşdirib. Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, Süleymanın son klubu Niderlandın 2-ci liqa təmsilçisi “Venlo” olub.

Həmin kateqoriyadan