“D” kateqoriyalı məşqçilərə lisenziyalar təqdim olunub

Mərdəkanda yerləşən milli komandaların təlim-məşq bazasında “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, AFFA-nın məşqçilik kurslarının təlimatçıları İlham Əzizzadə, Üzeyir İbrahimov və Fərid Namazov tərəfindən Bakıda və regionlarda yerləşən məktəblərdə çalışan bədən tərbiyəsi müəllimləri ilə kütləvi futbolda əsas prinsiplər, effektiv öyrətmə üsulları və digər mövzularda geniş müzakirələr aparılıblar.

Yekunda hər bir iştirakçıya kursu bitirdiklərinə dair müvafiq məşqçi lisenziyaları verilib. Məşqçi lisenziyalarını iştirakçılara kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov və İlham Əzizzadə təqdim edib.

Həmin kateqoriyadan