Daha əvvəl heç kim Messini bu cür aşağılamamışdı. ABŞ-da məşqçi hansı sözə görə üzr istəməli olub?

Messinin “İnter Mayami” klubunun iştirakı ilə keçirilən KONKAKAF çempionlar kubokunun 1/4 finalı böyük qalmaqala çevrilib.

Allsport.az xəbər verir ki, qarşılaşma aprelin 4-də baş tutub, lakin onun ətrafında söhbətlər hələ də səngimir.

1/4 final mərhələsinin ilk oyununda “İnter” öz meydanında meksikalı “Monterrey”ə uduzub – 1:2. Messi görüşdə iştirak etmədi, amma yenə də “özünü fərqləndirməyi” bacardı. Oyundan sonra o, dostları Suares və Alba, eləcə də komandanın baş məşqçisi Xerardo Martino ilə birlikdə hakim Valter Lopezi ədalətsiz oyun idarə etdiyini hesab etdikləri üçün onun üzərinə gediblər.

Lakin məsələ bununla da bitməyib. Sonra artıq qonaqların paltardəyişmə otağının yaxınlığında “Monterrey”in baş məşqçisi Fernando Ortiz Messi haqqında mənfi danışıb.

“Hakimlər, rəhbərlik, insanlar – Messi ilə əlaqəli hər şey idman və qeyri-idman qərarlarına təsir edə bilər. Hamımız bilirik ki, işlər “Monterrey”in xeyrinə getmir. Hər kəs futbolun biznes olduğunu bilir”.

Bu hadisədən bir neçə gün sonra mütəxəssis hər kəsdən üzr istəyib.

Həmin kateqoriyadan