- Baxış sayı: 52
- 20 May 2026 23:19
- Baxış sayı: 58
- May 20, 2026
- 0

“Real Madrid” “Bavariya”nın müdafiəçisi Alfonso Devislə razılaşmağa yaxındır.
Allsport.az xəbər verir ki, tərəflər şəxsi müqavilənin şərtləri ilə bağlı şifahi razılığa gəliblər. Kanadalı futbolçunun yaxın vaxtlarda transfer müqaviləsi bağlayacağı gözlənilir. O, “kral klubu”na yayda keçəcək.
Devisin “Bavariya” ilə sözləşməsi 2025-ci il iyunun 30-da başa çatır.