“Dinamo” ilə cavab matçının da başlama saatı açıqlandı

Azərbaycan çempionu “Neftçi”nin UEFA çempionlar liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”suna qarşı keçirəcəyi cavab matçının vaxtı açıqlanıb. Allsport.az xəbər verir ki, iyulun 14-də 8-ci km stadionunda baş tutacaq görüşə saat 21:00-da start veriləcək.

Bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək. Bu oyun isə Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Həmin kateqoriyadan