- Baxış sayı: 49
- 09 Dekabr 2024 17:10
- Baxış sayı: 156
- Dekabr 09, 2024
- 0
Müasir tarixdə dopinqdən ilk istifadə faktı 1865-ci ildə Amsterdamda qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, yarış zamanı niderlandlı üzgüçülər önə çıxmaq üçün stimulyant olan dopinqdən istifadə etmişdilər. Həmin vaxtlarda idman göstəricilərini artıran dopinqdən istifadə qadağan deyildi.
Amma biz 19-cu əsrdə yaşamırıq və bilirik ki, bir yarışçının idman göstəricilərini artıran maddədən istifadə edərək digər yarışçıya qarşı süni üstünlük əldə etməsi ədalətli idman prinsipinə ziddir. Dopinqdən istifadə faktı necə müəyyən edilir? İdmançının dopinqdən istifadə faktı idmançı nümunəsinin laboratoriyada analizi nəticəsində müəyyən edilə bilər.
Bununla yanaşı dopinq istifadəsinə şahid olan insanlar bu haqda məlumat verə bilər. Qayda pozuntusu həm də sənədləşdirilmiş sübut və ya digər məlumat əsasında da təyin edilə bilər. İdmançının dopinqdən istifadə niyyəti olmaya bilər. İdmançı özünü dopinqdən istifadədə təqsirli hesab etməyə bilər. Elə ola bilər ki, idmançı qayda pozuntusunu törədərkən səhlənkar davrandığını və ya bunu bilərəkdən etmədiyini bəyan etsin.
Göstərilən bu səbəblərdən heç biri idmançının dopinqdən istifadə faktının sübuta gətirilməsinə təsir edə bilməz. İdmançı bilməlidir ki, bədəninə daxil olan hər-hansı dopinq maddəsinə görə şəxsən məsuliyyət daşıyır. İdmançının dopinqdən istifadəsinin qəsdən və ya bilməyərəkdən olmasından asılı olaraq idmançıya fərqli müddət üçün diskvalifikasiya sanksiyası tətbiq edilir.
Bu o deməkdir ki, idmançı idman fəaliyyətindən qanunla nəzərdə tutulmuş müddətə kənarlaşdırılır. Qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi antidopinq qayda pozuntusu antidopinq qaydalarının 2.2-ci maddəsində yer alır. Bu sənədi Instagram səhifəmizin bio hissəsindən görüntüləmək mümkündür.