- Baxış sayı: 30
- 24 Sentyabr 2026 23:55
- Baxış sayı: 61
- Sentyabr 24, 2026
- 0

İspaniya Sequnda liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kadis” doğma meydanda “Jirona” ilə qarşılaşıb.
“Sarı mənzərəçilər” bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0. Yarımmüdafiəçimiz hazırda millimizin düşərgəsində olduğundan, həmin matçda iştirak etməyib. “Kadis” 9 turdan sonra 9 xalla 19-cudur.