Elgiz Abbasov PFL-in texniki idman direktoru təyin olundu

Peşəkar futbol liqasında struktur dəyişikliyi davam edir. Allsport.az saytı xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən qurumun texniki-idman şöbəsi ləğv olunub. Onun yerinə texniki idman departamenti yaradılıb və Elgiz Abbasov ora direktoru təyin olunub.

O, 2008-ci ildən futbol sahəsində çalışan həmkarımız, 2014-cü ildən PFL-də baş mütəxəssis, redaktor, baş redaktor, texniki-idman şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi premyer liqanın, 1-ci divizionun və Azərbaycan kubokunun oyunlarına təyinat alır.

Yeni yaradılmış departamenti PFL-in bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıxa biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.

Həmin kateqoriyadan