Elşad Əhmədov: Əsas olan hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdir

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov “Sumqayıt”la yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:0 qalib gəldikləri görüşlə bağlı bunu söyləyib:

“Artıq ikinci yoxlama oyunudur ki, qələbə qazanırıq. Lakin bu, bizim üçün elə də vacib deyil. Hazırda bizim üçün əsas olan komandanın hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdir.

Bu baxımdan bu cür oyunlar bizim üçün çox vacibdi. Yenilər komandaya uyğunlaşmaq baxımından çətinlik çəkmirlər. Ancaq komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdır”.

Həmin kateqoriyadan