Elşad Əhmədov: Əvvəlkindən fərqli, bu dəfə qol fürsətlərini dəyərləndirə bildik

“Sabah” yoxlama oyununda “Zirə”yə 5:3 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Elşad Əhmədov bunu deyib:

“Hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirdik. Komanda gündə iki dəfə məşq edir. Fiziki yüklənmədən sonra futbolçuları oyunda yoxlamaq istəyirdik. Hər hissədə fərqli heyətlərə şans verdik.

Taktiki-texniki cəhətdən futbolçulardan heç bir tələbimiz yox idi. Əsas olan hərəkətlilik idi. Məncə, futbolçular fiziki yüklənməyə rəğmən normal təsir bağışladılar. Sevindiricidi ki, əvvəlkindən fərqli olaraq, qol fürsətlərini dəyərləndirə bildik”.

Həmin kateqoriyadan