- Baxış sayı: 23
- 22 Sentyabr 2026 20:42
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

FİFA-nın Avropa milli assosiasiyaları departamentinin direktoru Elxan Məmmədov, Parisdə Yunanıstan futbol federasiyasının rəhbərliyi ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, o, görüş zamanı FİFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi nümayəndə heyətində yer alıb.
Toplantıda Yunanıstan futbol federasiyasının prezidenti Panayotis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis iştirak ediblər. Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə edib və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini qeyd ediblər.