- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

İspaniyanın ikinci liqasında 37-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan milllisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Kordoba” doğma meydanda “Jirona” ilə qarşılaşıb.
Matç həmvətənimizin komandasının qələbəsi ilə başa çatıb – 1:0. Elxan Məmmədovun futbolçusu bu görüşə start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. “Xəlifələr” geridə qalan turlarda topladığı 55 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.