Fəriddən daha bir qol

Fəriddən daha bir qol

Çex Respublikasının II liqasında XXXV turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” “Çrudim”in qonağı olub.

Məhsuldar keçirilən görüşdə Jijkov təmsilçisi 5:3 hesablı qələbə qazanıb.

Fərid start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. Matçda komandasının 5-ci qolunu 21 yaşlı yarımmüdafiəçi vurub. O, 55-ci dəqiqədə fərqlənib.

29 xal toplayan “Viktoriya” 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan