FİFA və UEFA-dan Rusiyaya sərt cəzalar

FİFA və UEFA Rusiya yığmaları və klubları ilə bağlı ciddi sanksiyalar tətbiq edib. Allsport.az saytı xəbər verir ki, bütün yaş qrupu üzrə millilər növbəti qərar açıqlanana qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Rusiya seçməsi Dünya Kubokunda-2022-də oynaya bilməyəcək və Qətər səfərini buraxacaq. Həmçinin, Moskva “Spartak”ı Avropa liqasının 1/8 finalında “Leyptsiq” ilə qarşılaşmayacaq. Almaniya təmsilçisi birbaşa 1/4 finala yüksələcək.

Eyni zamanda, iyulun 6-dan 31-dək İngiltərədə qitə çempionatında Rusiyanın qadın millisi kənarda qalacaq.

Həmin kateqoriyadan