Flaqman “İnternasional”ının 22 yaşlı forvardını alır

“Neftçi” heyətinə yeni hücumçu qatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, Bakı klubu Braziliya “İnternasional”ının futbolçusu Gilyerme Patu ilə razılaşıb.  

22 yaşlı hücumçunun “Neftçi”yə keçə bilməsi üçün, bu ilin sonuna qədər olan müqaviləsinə xitam veriləcək. Ancaq forvardın transfer hüququnun müəyyən faizi “İnternasional”a məxsus olacaq. Yəni, onun növbəti satışından klub gəlir əldə edəcək.

Patu 2021-ci ili icarə əsasında Braziliyanın digər klubu “Kuyaba”da keçirib.

Həmin kateqoriyadan