Cavid Türkiyədə darmadağınla üzləşdi

Türkiyə PTT 1-ci Liqasında 19-cu turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda lider “Osmanlıspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin 0:3 hesablı darmadağını ilə başa çatıb. Start heyətdə meydana çıxan Cavid İmamverdiyev 90 dəqiqə mübarizə aparsa da, komandasına heç nə ilə kömək edə bilməyib.

Qeyd edək ki, İmamverdiyevin komandası hazırda 23 xalla 10-cu yerdə gedir.

Həmin kateqoriyadan