Futbolçumuzun baş məşqçisi postunda qaldı

Türkiyənin “Elazığspor” klubunun baş məşqçisi Ümit Özatın bir neçə gün öncə istefa verdiyini xəbər vermişdik. Allsport.az xəbər verir ki, Türkiyə mətbuatı hətta klub rəhbərliyinin baş məşqçinin istefasını da qəbul etmişdi.

Amma son məlumatlara görə, rəhbərlik qərarını dəyişib. Belə ki, klub başbilənləri Ümit Özatla yenidən görüş keçirib və onun postunda qalmasını istəyiblər. Nəticədə, baş məşqçi işini davam etdirməyə razılıq verib.

Qeyd edək ki, Özat PTT 1-ci liqanın 23-cü turunun “Manisaspor”la oyunundan sonra istefa vermişdi. Komanda hazırda 27 xalla 13-cü pillədə qərarlaşıb.

“Elazığspor”da Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyevin çıxış etdiyini də əlavə edək.

Həmin kateqoriyadan