“Futbolçunun özü və klubu şərtlərlə razılaşır, amma görürsən ki, xanımı ölkəni dəyişmək istəmir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov transferlərlə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, “Yagelloniya”nın qapıçısı Luka Quqeşaşvili və “Çerno More”nin yarımmüdafiəçisi Leandro Andrade ilə anlaşdıqlarını təsdiqləyib və yeni legionçu aramalarının davam etdiyini qeyd edib:

“Transfer məsələləri həmişə çətin başa gəlir, xüsusən də qış fasiləsi zamanı. Quqeşaşvili və Andradenin gəlişi ilə kifayətlənmək istəmirik. Danışıq apardığımız başqa legionçular da var. Sadəcə, bu elə məsələdir ki, futbolçu bura gəlib çıxana, tibbi baxışdan keçənə kimi əminliklə danışmaq olmur. Gərək müqavilə sənədinə atılan imzanın mürəkkəbinin qurumasını gözləyəsən”.

Mütəxəssis əlavə edib ki, əcnəbi futbolçuları Azərbaycana gətirmək çətindir: “Səbəblər və problemlər çoxdur. Futbolçunun özü və klubu irəli sürdüyümüz şərtlərlə razılaşır, amma görürsən ki, xanımı ölkəni dəyişmək istəmir. Belə incə məqamlar var”.

“Qarabağ” qış fasiləsində Ukraynanın “Minay” klubundan Rüstəm Əhmədzadəni transfer edib.

Həmin kateqoriyadan