“Hər zaman komandadan uğur tələb olunur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 28-ci turunda “Neftçi”yə qarşı keçirdikləri matçı şərh edib. Allsport.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunu söyləyib:

“Rəqibi təbrik edirəm. Həqiqətən, çox istəkli idilər. Samir Abasovu ürəkdən təbrik edirəm. Ona uğurlar arzu edirəm. Öz futbolçularımı təbrik edirəm. Hər zaman mən ümumi işi götürərəm. Futbolçularım neçə illərdir çox zəhmət çəkirlər. Həm millidə, həm kubokda, həm avrokuboklarda çox oyun keçirirlər. Hər zaman komandadan uğur tələb olunur. Bu da futbolçuda gərginliyi artırır. Çalışırıq ki, bu komandanı qoruyub saxlayaq”.

Həmin kateqoriyadan