“Heç 10 gün deyil birlikdəyik”

“Sumqayıt” premyer liqanın 8-ci turunda evdə “Kəpəz”lə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, oyunda sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov fikini açıqlayıb:

“Oyuna baxanda, üstünlük zaman-zaman hər iki tərəfdə olurdu. Qarşılaşmanın gedişində həm qalib gələ, həm də məğlub ola bilərdik. Heç 10 gün deyil birlikdəyik. İşimiz çoxdur. İnşallah, bunun öhdəsindən gəlməyə çalışacağıq.

Gözləntilərin böyük olduğunu başa düşürəm. Hər şey anidən dəyişəsi deyil. Buna vaxt lazımdır. Futbolçularıma əzmkarlıqlarına və sona qədər döyüşdüklərinə görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan