“Hesaba baxmayaraq, çox çətin oyun oldu”

Premyer liqada 2-ci dövrəyə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, səfərdə “Səbail”i 3:0 yenən “Sabah”, fasiləyə yüksək əhval-ruhiyyədə yollanıb. Qonaqların baş məşqçi Murad Musayev oyunla bağlı fikirini bildirib:

“Hesaba baxmayaraq, çox çətin oyun oldu. 90 dəqiqə ərzində qarşıya qoyulmuş məqsədi yerinə yetirdik. Komandamın oyunundan razı qaldım.

Yaxşı kombinasiyalı oyundan sonra bizə qələbə qazandıran qolları vurduq. Həmçinin arxa xətdə də inamlı oyun nümayiş etdirdik. Bu gün qalib gəlib, tətilə müsbət əhval-ruhiyyədə yollanmaq bizim üçün çox vacib idi”.

Həmin kateqoriyadan