- Baxış sayı: 21
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 187
- Avqust 05, 2026
- 0

“Neftçi”nin futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam rayonunda səfərdə olub. Allsport.az xəbər verir ki, yaponiyalı ulduz “Qarabağ”ın stadionu “İmarət”də olub.
34 yaşlı futbolçu instaqram hesabında bu barədə paylaşım edib:
“Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, “Qarabağ” ev oyunlarını indiki olduğum yerdə – Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. Ümid edirəm, burada futbol yenidən doğulacaq”.
Səfərdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və millinin italiyalı baş məşqçisi Canni De Byazi də olub.
