İlin ən yaxşı komandası

2021-ci ildə premyer liqada 117 oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, görüşlərdən 61-i 2020/21, 56-sı 2021/22 mövsümünə təsadüf edib. Bu matçlarda 288 qol vurulub.

Ən çox xal toplayan “Qarabağ” olub. Qurban Qurbanovun komandası 30 oyunun 2/3-də qalib gəlib. 67 xal toplayan “köhlən atlar”, rəqiblərdən çox qol vuran, ən az uduzan və top buraxan klubdur.

Bir matç az keçirən “Neftçi” 10 xal geridədir. Digərləri liderlərdən çox geri qalır. “Qarabağ” kimi bir oyun çox keçirən “Səbail” 2021-ci ildə ən az xal toplayan komandadır.

Həmin kateqoriyadan