“İlk hissə çox çətin keçdi”

“Sabah”ın baş məşqçisi Murad Musayev ölkə kubokunun 1/8 finalında “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, həm premyer liqanın, həm də Azərbaycan kubokunun önəmli olduğunu deyib:

“İlk hissə çox çətin keçdi. Rəqib demək olar ki, boşluq vermirdi. Əks-hücumlarda çox təhlükəli idilər. 2-ci hissədə daha çox irəlidə oynamağa başladıq.

Yaxşı qollar vurmağı bacardıq və çoxlu dəqiq işlər gördük. Bizim üçün çox vacib qələbədir. Dəstəyə görə azarkeşlərə xüsusi təşəkkür edirəm. Qarşıdakı hər matçda çalışacağıq ki, maksimum yaxşı oyun göstərək”.


Həmin kateqoriyadan